Şairə Leyla Əliyevanın şeirlər kitabı Daşkənddə özbək dilində çap edilib - (+FOTOLAR)

Şairə Leyla Əliyevanın şeirlər kitabı Daşkənddə özbək dilində çap edilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Kaspi” təhsil şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla
xanım Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq
Daşkənddə çap olunub.
Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər “Kaspi” qəzeti və “Kaspi”
təhsil şirkətinin “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirdiyi layihələr
çərçivəsində türk və fars dillərinə də tərcümə olunaraq İstanbul və Tehranda nəşr
olunmuşdur.
“Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi - ön sözün müəllifi Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Ön sözdə deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının
diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir
kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və
humanistlik kimi ülvi hisslər aşılayır.
Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq
həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu
əsərlərdə həqiqətən əsl həyat mənzərəsi canlandırılır.
Kitabda “ön söz”də vurğulanır ki, şairə Leyla xanım Əliyeva öz əsərlərində yaşadığı
mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və
şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır.
Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş “Mənə güc ver
Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim” “İnsanlar”,
“Getmə”, “Bakı”, və s. çoxsaylı şeirləri ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana
dillərində təqdim olunur.
Qeyd olunur ki, Özbəkcə nəşr olunmuş “Dunyo tushdek erib bormoqda...” şeirlər
toplusunda şairə Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbini riqqətə gətirir. Bu
şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntalırını dilə gətirir.
Kitabın tərtibçisi - ön sözün müəllifi Samir Abbasov qardaş ölkədə - Özbəkistanda
Leyla xanım Əliyevanın yaradıcılığına böyük maraq olduğunu yazır və nəşr olunan “Dünya
yuxutək əriyir...” adlı kitabın ruhu, mədəniyyəti, adət-ənənələri, dini, dili ilə Azərbaycan
xalqına yaxın olan Özbəkistan auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini
ifadə edir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə
Daşkənddəki “Kamalak” nəşriyyatında çapdan çıxan kitabda şairənin ümumilikdə 45 şeiri
özbək dilində işıq üzü görüb və kitabı Özbəkcəyə çevirən tərcüməçi, Özbək şairə Şahlo
Qasımovadır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !