"NUR Art house" qalereyasında Andrey Qlazkovun fərdi fotosərgisi açıldı - +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

"NUR Art house" qalereyasında Andrey Qlazkovun fərdi fotosərgisi açıldı +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

AZpress.AZ xəbər verir ki, oktyabrin 19-da "NUR Art house" qalereyasında Andrey Qlazkovun fərdi fotosergisi açıldı. Fotoqraf sərgidə street-fotoqrafiya (küçə fotoqrafiyası) prizmasından Bakiya və bakılılara münasibətini təqdim edti.

Əsasən fotoportret və street-foto janrlarında çalışan Andrey Los-Ancelesdə yaşayır. Fotoqrafın qeyri-adi fokusda çəkdiyi fotoşəkillərdə həyatın müxtəlif anları əks olunub. Onun ayrı-ayrı beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gələn işləri istər "İnstagram"da,istərsə də digər sosial şəbəkələrdə çox populyardır.

Andrey ilham mənbəyi və yeni-yeni obrazlar axtarışında bir çox ölkələri gəzib-dolaşan seyyah-fotoqrafdır. O, yayın əvvəlində Bakiya gəlib, Abşeronda olub. Beləcə, Azerbaycana həsr olmuş fotoşəkillər kolleksiyası ərsəyə gəlib. Andrey kolleksiyanı hazırda üzərində çaləşdığı "Qafqaz! adlı fotolayihəyə daxil etmək niyyətindədir. Müəllifin Bakıda və Abşeronda çəkdiyi fotoşəkillərdə onun Azerbaycana necə səmimi və mehriban münasibət bəslədiyi, milli kolorit və əhval-ruhiyyəni nə dərəcədə incə vurğuladığı sezilir. Fotoressamın Bakiya həsr olunmuş fotolarından biri artıq nüfuzlu "Leica" fotoqalereyası şəbəkəsində yer alıb.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !