Cavid ömrü filminin nümayişi keçirildi... - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

“Cavid ömrü” filminin nümayişi keçirildi... +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

AZpress.AZ xəbər verir ki, YARAT Film Klubu çərçivəsində Yarat! Müasir İncəsənət Mərkəzində yaradıcı heyətin iştirakı ilə rejissor Ramiz Həsənoğlu tərəfindən çəkilmiş “Cavid ömrü” filminin nümayişi keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu film barədə təəssüratlarını qonaqlarla bölüşdü, filmin ərsəyə gəlməsindən söz açdı. Sonda qonaqlar “Cavid ömrü” filminə tamaşa etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycanın böyük dramaturqu, 37-ci il repressiyalarının qurbanı Hüseyn Cavidin həyatının ən yaddaqalan məqamları, qəddar rejim qarşısında baş əyməyən ədibin və onun ailə üzvlərinin faciəsini əks etdirən filmə Cavidin ən məhşur pyeslərindən parçalar üzvi şəkildə daxil edilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !