Fəridə Qarayevanın "Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində" adlı fərdi sərgisi... +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, 24 oktyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “Gənclər Şəbəkəsi”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Dekorativ-Tətbiqi Sənət Festivalı” çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi nümayiş olundu.
Sərgidə Azərbaycan xalça növləri özünəməxsus şəkildə dünya rəssamlarının əsərlərində nümayiş olundu. Məhz “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” sərgisi üçün hazırlanan 20 əsər öz orijinallığı ilə seçilir. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş













