Toppuş bacı nın yalanları... - - Axı nə qədər olar?...

“Toppuş bacı”nın yalanları... - Axı nə qədər olar?...

“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.


“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Məhz həmin ərəfədə o, mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub.

Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.
Xatırladaq ki, aktrisanın digər yalanı “Bizimləsən” verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !