KİRPİ Uşaq yumoristik kinojurnalının ikinci buraxılışı - (+ViDEO)

“KİRPİ” Uşaq yumoristik kinojurnalının ikinci buraxılışı (+ViDEO)

Sentyabr ayından etibarən balaca dostlarımız üçün yaranan “KİRPİ” kinojurnalı həm də böyüklərin marağına səbəb oldu. “Təbəssümlə yaşa” devizi altında yayımlanan kinojurnal EJ Productionun ilk məhsuludur. Kinojurnalın yaradıcısı və rəhbəri Cavid Şahbazbəyovdur, rejissoru Səməndər Rzayev, operatoru Rüstəm Məmmədov, koordinatoru Ceyhun Xalıqov, rəng və qrafika işi Fərid Əhmədov, rəssam işi isə Nəriman Abdul-Əliyevə məxsusdur. Layihənin baş sponsoru “Zeytun Bağları” Ticarət Markasıdır.
Kinojurnalın rəhbəri Cavid Şahbazbəyov ilk buraxılışdan sonra valideynlərin çoxlu müraciətlərini nəzərə alaraq, ikinci buraxılışda kinojurnalın rəsmi səhifələrinə, emailina müraciətləri nəzərə alaraq kastinq keçirib, yeni balaca ulduzları ekranlaşdırdığını qeyd etdi. “Gözlədiyimizdən daha çox marağa səbəb oldu “Kirpi”miz, bu qısa zamanda bir çox istedadlı uşaqlar ilə tanış olduq, kinojurnalımızda ekranlaşdırdıq. Uşaqları maarifləndirmək, onların yumor zövqünü yüksəltmək üçün yaranan kinojurnalımızın bu sayında tamaşaçılar yenə də tanınmış insanlar ilə bərabər balaca dostlarımızı izləyə biləcəklər. Bu sayımızda tanınmış jurnalist, idman şərhçisi Şəmsəddin Abbasov və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin violonçel ifaçısı Emin Qaliyev ilə birlikdə İsveçdə yaşayan Azərbaycanlımız balaca Selmi Saidi yer alıb.”
Qeyd edək ki, “Kirpi” uşaq yumoristik kinojurnalının növbəti saylarında çəkilişlərdə iştirak etmək üçün sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrinə müraciətlər qəbul olunur.

http://kirpikinojurnal.az/
https://www.facebook.com/kirpikinojurnali
https://www.instagram.com/kirpi_kinojurnali/
https://www.youtube.com/channel/UC9uIunB1rUtPqAFvz1pt1tw
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !