Akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzində tələbələrə mühazirə oxuyub -

Akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzində tələbələrə mühazirə oxuyub

AZpress.AZ xəbər verir ki, AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Siyasi Psixologiya Məktəbində tələbələrə “Milli dil, milli düşüncə və milli ideal” mövzusunda mühazirə oxuyub. Alim öz çıxışında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından, eləcə də Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Sonra alim ölkənin ayrı-ayrı ali məktəblərində təhsil alan tələbələrin, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin çoxsaylı suallarını cavablandırıb.
R.Hüseynov müzakirələrdə iştirak edən, geniş dünya görüşü və maraq dairəsinə malik gənc mütəxəssislərin ağıl, bilik və zövq səviyyəsini yüksək qiymətləndirib. Alim belə bir işıqlı, savadlı gəncliyin yetişməsində Siyasi Psixologiya Mərkəzinin təsisçisi və direktoru, professor Səməd Seyidovun təqdirəlayiq töhfəsi və payı olduğunu bildirib.
Qeyd edək ki, Siyasi Psixologiya Mərkəzi ölkədə siyasət və psixologiya arasındakı əlaqəni araşdıran ilk təşkilatdır. Bu qurum insanların öz bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək etmək məqsədini daşıyır.
Gənc mütəxəssislər mütəmadi olaraq mərkəzə dəvət olunan görkəmli alimlər, ictimai xadimlər, siyasətçilərlə görüşür, maraqlı mühazirələri dinləmək imkanı əldə edirlər. Həmçinin tələbələrə beynəlxalq təcrübə və vərdişlərin aşılanması məqsədilə vaxtaşırı Avropa Şurası Parlament Assambleyasının sessiyalarını bilavasitə izləmək, Strasburqa, Avropa Evinə ezamiyyətlərə yollanmaq imkanı yaradılır.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidməti
Nərgiz Qəhrəmanova

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !