Muzeydə Xalqları qovuşduran Xəyyam sözü mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək -

Muzeydə “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

15 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İki gün davam edəcək konfransda "Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi", "Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu", "Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi", "Şərq poetikasının nəzəri problemləri və Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri" və digər bölmələr üzrə müzakirələr aparılacaq.

 

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidməti

Nərgiz Qəhrəmanova 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !