Əlyazmalar İnstitutu yeni əlyazma əldə edib -

Əlyazmalar İnstitutu yeni əlyazma əldə edib

AZpress.AZ xəbər verir ki, Əlyazmalar İnstitutunun director müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclic kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəb şahin (1392-1450) hökmdar Teymurun hakimiyyətinə həsr edilmiş “Əcaibəl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə edilmiş tərcüməsinin surətini əldə edib. 1392-ci ildə Dəməşqdə dünyaya gəlmiş ibn Ərəb şahı Teymur uşaqikən Səmərqəndə aparıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Mehmedin yanında xidmət etmiş, sonraTeymurun hakimiyyətinə dair “Əcaibəl-məqdur” adlı əsər yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilndə Parisdə çap edilib. Əsərin Seyid Hüseyn tərəfindən dilimizə edilmiş tərcüməsinin 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etməkolar.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !