Əmək və Sosial Münasibətlər Akademiyasında konfrans keçirilib - (+FOTOLAR)

Əmək və Sosial Münasibətlər Akademiyasında konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Konfrans professor-müəllim heyətinin, tələbələrin və dəvət edilmiş qonaqların iştirakı ilə baş tutmuş və açılışda Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.
Tədbiri akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev açaraq, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ” Konstitusiya Aktında əks olunan prinsiplər barədə ulu öndərin laiqli davamçısı Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarının düşünülmüş və məqsədyönlü siyasətinin əhəmiyyətindən, ölkədə aparılan islahatlardan danışdı, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində ölkəmizin uğurları barədə məlumat verdi.
O, eyni zamanda müasir Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu qeyd edərək, dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, dostluq, sülh və əminəmanlıq şəraitində yaşamaq üçün Azərbaycan Respublikası Konstitusiyası prinsiplərinin vacibliyini söylədi.
Çıxışının sonunda F.Mehbalıyev Respublika Prezidenti cənab İ.Əliyevin “Maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” fikrini qeyd etdi və ölkənin gələcək inkişafının məhz gənclərdən asılı olduğunu və bu baxımdan da gələcək nəsillərin savadlı formalaşmasında, təhsilin rolunun danılmaz olduğunu vurğuladı. O, bildirdi ki, bu gün müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə çalışan çox istedadlı və geniş dünya görüşünə malik gənclərimiz vardır. Ümid edirik ki, siz gənclər tarixi, milli və mənəvi dəyərlərimizi unutmayacaq, dünya arenasında ölkəmizin nüfuzunun artması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Daha sonra “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov çıxış edərək, “Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətləri” mövzusunda kafedranın əməkdaşları iqtisad üzrə fəlsəfə doktoru Nurəngiz Mikayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Zakir Əlizadə, Vüsalə Kərimova, Xaqani Məmmədov və Raic Həsənovun rəhbərliyi ilə mövzuya uyğun tələbələrin çıxışları haqqında məlumat verdi.
Elmi-praktiki konfransda iştirak edən tələbələrinin müxtəlif mövzularda məruzələri dinlənildi.
Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirdi.
Konfransın yekununda xüsusi qiymətləndirmə komissiyası seçilmiş işləri qiymətləndirdi və məruzəçilər sertifikatla təltif olundu.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi
Xaqani Məmmədov

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !