Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib - (+FOTOLAR)

Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.

Bakı Uşaq Teatrının kollektivi 13-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir.

Belə ki, onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İndi həmin tamaşa Türkiyədə uşaqlara təqdim olunacaq.

Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir.

12 noyabrda festivalın açılışı olub. Bakı Uşaq Teatrının kollektivi açılışda iştirak edib.
Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər açılışda iştirak edib.

Festivala noyabrın 13-də Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !