162№-li TAM ORTA MƏKTƏBİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ - (+FOTO)

162№-li TAM ORTA MƏKTƏBİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ (+FOTO)

 AZpress.AZ xəbər verir ki, noyabrın 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri, Etibar Əliyev adına 162 №-li tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib.

O qeyd edib ki, gənclərin öz ana dilini və tarixini bilmələri onların mənəvi borcdur. Onların gələcəkdə dünyaya inteqrasiya etmələri və Azərbaycan adını dünyada tanıtmaları üçün mütləq riyaziyyat, informatika və ingilis dili bacarıqlarına yiyələnməlidirlər.

Görüşdə məktəbin direktoru Sevinc Abbasova, məktəbin müəllimləri Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları professor Məmməd Bayramoğlu, f-r.e.n, dos. Vidadi Mirzəyev, f.r.e.n. ƏbdürrəhimQuliyev, r.ü.f.dEminağa Məmmədov 162№-li tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !