AMEA rəhbərliyi Alimlər şəhərciyi ndə aparılan inşaat işlərinin gedişi ilə tanış olub - (+FOTOLAR)

AMEA rəhbərliyi “Alimlər şəhərciyi”ndə aparılan inşaat işlərinin gedişi ilə tanış olub (+FOTOLAR)

Noyabrın 23-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev və İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar.

AMEA rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib. Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb və yaxın günlərdə səkkizinci mərtəbənin inşasına başlanılacaq. AMEA prezidenti, akademik Akif Əlizadə inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, mənzillərin ipoteka yolu ilə satışının təşkili məqsədilə ölkə başçısına müraciət olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !