Cümhuriyyətlə bağlı beynəlxalq konfrans olacaq... -

Cümhuriyyətlə bağlı beynəlxalq konfrans olacaq...

Noyabrın 30-dan dekabrın 1-dək “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.

Tədbirin təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.

Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrdən olan alimlər də məruzələrini təqdim ediblər.

Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir” və “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” adlı bölmələrdə fəaliyyət göstərəcək.

Beynəlxalq konfransın açılış mərasimi noyabrın 30-da, saat 10:00-da AMEA-nın əsas binasının kiçik akt zalında olacaq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

  

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !