Tanınmış jurnalist Şirməmməd Nəzərlinin "Foto və söz" kitabı işıq üzü görüb -

Tanınmış jurnalist Şirməmməd Nəzərlinin "Foto və söz" kitabı işıq üzü görüb

AZpress.AZ xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin "Foto və söz" kitabı işıq üzü görüb.

Nəşr metodik vəsait kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə çap olunub.

Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Esmira Ağababaqızı, rəyçiləri - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, "Foto və söz hörgüsü" adlı "Ön söz"ün müəllifi isə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.

Vəsaitdə müəllif sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi şəkillər vasitəsilə təqdim edir. Bundan əlavə, "Dünya fotoqrafiya tarixindən", "Azərbaycanda fotoqrafiya", "Yaxşı fotoqrafiyanın sirləri", "Bədii yaradıcılıqda foto", "Fotojurnalist publisist və araşdırıcıdır" və digər başlıqlar altında oxucuya fotoqrafiyanın tarixi, xüsusiyyətləri, inkişaf mərhələləri təqdim olunur.

Kitab ali məktəblərin jurnalistika fakültələrinin tələbələri, fotomüxbirlər, həvəskar fotoqraflar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !