AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib - (+FOTO)

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin və kargüzarlıq işi üzrə məsul işçilərin iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədilə qəbul edilmiş AMEA daxili intizam qaydalarına dair məruzə ilə çıxış edib.

Sonra AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri Rəqsanə Əzizovanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası"na əsasən Akademiyanın elmi müəssisə və təşkilatlarının qarşısında duran vəzifələr və bu sahədə görülən işlər barədə hesabatların təqdim olunması qaydaları haqqında məruzəsi dinlənilib.

Seminar-məşğələdə haqqında danışılan məsələlər və digər cari işlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı izahatlarla cavablandırılıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !