MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub -

MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub

AZpress.AZ xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Azerbaijani multiculturalism” adlanan ingilis dilində dərslik daxil olub.

Azərbaycanın ali təhsil müəssisələrində keçirilən “Azərbaycan multikulturalizmi” fənninin dünyanın nüfuzlu universitetlərində uğurlu tədrisini həyata keçirmək məqsədilə eyniadlı dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr edilib.

“Şərq-Qərb” nəşriyyatında çap edilən dərsliyin müəllifləri akademik Kamal Abdulla və Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovdur.

 

Dərslik kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılmasıı" adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !