Moskvada Xəzər dənizinin gələcəyi mövzusunda beynəlxalq dəyirmi masa keçirilib -

Moskvada “Xəzər dənizinin gələcəyi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

AZpress.AZ xəbər verir ki, 28-29 noyabr 2018-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi. Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir.

Tədbirin açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik V.Pançenko və İran Milli Elm Fondunun Prezidenti cənab N.Zargam çıxış edərək, Xəzər dənizinin elmi tədqiqatlarında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamışlar.

Onlardan sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İ.Quliyev beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etməklə yanaşı, Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının vaxtı gəldiyini masa iştirakçılarının diqqətinə çatdırmışdır. O həm də beş Xəzəryanı ölkə alimlərinin birgə ekspedisiya təşkil etməsinin faydasını açıqlamışdır.

Beynəlxalq görüşdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik R.Məmmədov və Respublika Seysmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli də iştirak etmişlər. Beynəlxalq forumun yekun iclasına moderatorluğu akademik R.Məmmədov etmişdir.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !