Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Clarivate Analytics şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. - (+FOTOLAR)

Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “ClarivateAnalytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, AMEA-nın elmi müəssisələrinin direktorları və ali məktəblərin rektorları iştirak ediblər.

Tədbirdə Təhsil Nazirliyi ilə “ClarivateAnalytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

Sonra “Web of Science Azerbaijan-2018” mükafatlarının sahiblərinin adları açıqlanıb. Sevindirici haldır ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu “PublicationleaderinWeb of Science, ANAS”, Riyaziyyat və Mexanika İnstitutun Əsərləri jurnalı “NewJournalsİndexedin ESCİ of Web of ScienceCoreCollection”, müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev “Themostproductiveauthorsin Natural Sciences" mükafatlarına layiq görülüblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !