AMEA Qafqazşünaslıq İnstitutu 2018-ci ili uğurla başa vurur - (+FOTOLAR)

AMEA Qafqazşünaslıq İnstitutu 2018-ci ili uğurla başa vurur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 10-da AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qurumun 2018-ci ildə elmi tədqiqat və elmi təşkilati fəaliyyətinə dair hesabatı təqdim etmişdir.Bildirmişdir ki, İnstitut hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan sərəncamları, dövlət proqramlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və AMEA prezidentinin sərəncamlarını yerinə yetirmişdir.

İnstitutda 2018-ci ildə 1 elmi istiqamət, 5 mövzuya dair18tədqiqat işi aparılmışdır.2017-ci il ilə müqayisədə 2018-ci ildə İnstitutun elmi fəaliyyəti genişliyi və məhsuldarlığı ilə seçilmişdir.Belə ki, əgər ötən ildəİnstitut əməkdaşlarının 2 kitabı nəşr edilmişdisə, 2018-ci ildə çap edilən kitabların sayı 5 olmuşdur.

Ötən ildə dərc edilən məqalələrin sayı 66 idisə, bu il 104, o cümlədən ölkədə işıq üzü görən məqalələr 42 idisə, 64, xaricdə dərc edilən məqalələrin sayı 24 idisə, 40 olmuşdur.
Əməkdaşların məqalələri əgər 2017-ci ildə 9 xarici ölkədə (ABŞ, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Polşa, Rusiya, Türkiyə, Ukrayna)dərc edilmişdisə, 2018-ci ildə bu coğrafiya genişlənərək 11 olmuşdur(Avstriya, Belarus, Çex Respublikası, İtaliya, Qazaxıstan, Gürcüstan, Moldova, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan). 2017-ci ildə impakt faktorlu jurnallarda 1 məqalə dərc edilmişdisə, hesabat ilində onların sayı 2 olmuşdur. Qəzetlərdə və internet saytlarında dərc olunan məqalələrin sayı keçən il 20 idisə, bu il 64-dür.Ümumiyyətlə, İnstitut əməkdaşlarının əsərlərinin sayı əgər 2017-ci ildə 90 idisə, 2018-ci ildə bu rəqəm 173 olmuşdur.

İnsitut alimlərinin əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb etmişdir. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə Böyük Britaniya alimləri 3, Fransa alimləri 1, Türkiyə alimləri 4 dəfə istinad etmişlər.

Hesabat ilində İnstitut əməkdaşları Azərbaycan Qafqazşünaslıq elmini xaricdə layiqincə təmsil etmişlər. Belə ki, əgər 2017-ci ildə beynəlxalq və respublika elmi konfranslarında edilən məruzələrin sayı 47, o cümlədən xaricdə 16 idisə (Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna), 2018-ci ildə bu rəqəm 75, o cümlədən xaricdə 23 (Belarus, Rusiya, Türkiyə, Ukrayna) olmuşdur.

2018-ci ildə İnstitutda Azərbaycan, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Çex Respublikası, Niderland Krallığı, Estoniya, Ukrayna və Gürcüstandan 201 alim və tədqiqatçının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.Konfransda Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər, Qafqazda münaqişələr və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və b. problemlərə həsr olunmuş 179 məruzə 20 bölmə iclasında müzakirə edilmişdir.

 

İnstitut “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransıda keçirmişdir.
Qafqazşünaslıq İnstitutunun www.institutecaucasusstudies.org saytı fəaliyyət göstərir.
İnstitutun 3 dildə nəşr ediləcək “Qafqazşünaslıq” adlı elmi jurnalı beynəlxalq indeks almışdır. Bu, ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.
İnstitut əməkdaşlarından t.ü.f.d. Elnur KəlbizadəÜmummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmiş müsabiqədə I yerə layiq görülmüşdür. Əliyar Əzimov isə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi “Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentində (Brüssel şəhəri) təcrübə proqramı” üçün keçirilən müsabiqədə Belçika Krallığının Brüssel şəhərində Avropa Parlamentində təcrübə proqramında iştirak etmək hüququ qazanmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !