BDU-da beynəlxalq seminar öz işinə başlayıb - (+FOTOLAR)

BDU-da beynəlxalq seminar öz işinə başlayıb (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Bakı Dövlət Universitetində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Dünya şöhrətli alim, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə keçirilən seminarı AMEA Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq onun Fizika elminə verəcəyi töhfəsi barədə danışıb və ölkələr arasında elmi sahədə əlaqələrin inkişaf etdirilməsində geniş rola malik olduğunu bildirib.
BDU-nun rektoru Elçin Babayev Azərbaycan, Almaniya, Rusiya Federasiyası, Çex Res-pub¬likası, Polşanın nüfuzlu alimlərinin, tanınmış mütəxəs¬sis¬ləri¬nin iş¬tirakı ilə keçirilən, nüvə və elementar zərrəciklər fizikası ilə bağlı aparıcı mütəxəssisləri bir araya gətirən seminarın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzulayıb, BDU-nun əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Sonra akademik Roald Saqdeev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və İdarə Heyətinin sədri Paolo Gubellino (Almaniya), Praqadakı Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.
Tədbirdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Mixail İtkis, həmin institutun nəzdindəki Yüksək enerji fizikası laboratoriyasının direktor müavini Aleksandr Vodopiyanov, Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Steklin mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonra Bakı Dövlət Universiteti ilə Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
Tədbir ADA Universitetində “Nüvə və Yüksək enerji fizikası 21-ci əsrdə hara gedir?” mövzusunda dəyirmi masa ilə davam etdiriləcək.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !