"Aranfilm" pambıqçı Suğra Mədətovaya həsr etdiyi sənədli filmin çəkilişlərini yekunlaşdırıb (+FOTO=4)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, ARB " Aranfilm " Yaradıcılıq Mərkəzi pambıqçı Suğra Mədətovaya həsr etdiyi sənədli filmin çəkilişlərini yekunlaşdırıb. Suğra Qənbər qızı Mədətova 6 dekabr 1940-cı ildə Ağcabədi şəhərində anadan olub.1957-74-cü illərdə Ağcabədi rayonunun “Çaparidze” kolxozunda kolxozçu,manqabaşçısı,briqadir vəzifələrində çalışıb.1976-cı ildə sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.2 dəfə “Lenin” ordeni ilə təltif olunub. Suğra Mədətovanın həyat və əmək fəaliyyəti haqqında film yaxın vaxtlarda filmsevərlərə təqdim ediləcək.
Filmin ssenari müəlifi və rejissoru Yeganə Əbdülməmmədova,operatoru Rafiq Əliyev,filmin direktoru Nicat Məmmədov,bədii rəhbəri Tahir Tahiroviç,prodüseri İqbal Məmmədəliyevdir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !



