LƏNKƏRANDA "XƏZƏRİMİZİ TƏMİZ SAXLAYAQ" DEVİZİ İLƏ EKOLOJİ AKSİYA KEÇİRİLİB - + FOTO=4 ( AZpressAZ Ağaddin Babayev, Lənkəran )
Bu xəbəri paylaş
Sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü,
Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər dənizinin Lənkəran
şəhərindən keçən sahilboyu ərazisində "Beynəlxalq dəniz günü" ilə əlaqədar
"Xəzərimizi təmiz saxlayaq" devizi altında ekoloji aksiya keçirilib.
AZpress.AZ xəbər verir ki, aksiya zamanı sahilboyu ərazilər bərk və məişət
tullantılarından təmizlənərək xususi torbalarla zibil poliqonuna daşınıb. Aksiyada
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii
Sərvətlər İdarəsinin, Nazirliyinin digər yerli qurumlarının, Lənkəran şəhər
Yaşıllaşdırma Müəssisəsinin və Lənkəran şəhər Mənzil-Kommunal İdarəsinin
əməkdaşları fəallıq göstəriblər.
Ekoloji aksiyada ümumilikdə 100-dən çox könüllü iştirak edib.
Bu xəbəri paylaş



