Göygöldə ata oğlunu ov tüfəngi ilə güllələdi
Bu xəbəri paylaş
Göygöl rayonunda qətl törədilib.
AZpress.AZ "Report"a istinadən xəbər verir ki, rayonun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov taxıl sahəsində oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramova ov tüfəngindən 2 dəfə atəş açaraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumatlara görə, hadisəyə mülk (ev) üstə düşən mübahisə səbəb olub. Belə ki, uzun müddət ata ilə oğul arasında mübahisəyə səbəb olan evi M.Bayramov yandırıb. Bundan qəzəblənən ata isə ov tüfəngi ilə oğlunu güllələyib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !