"Fond işinin təşkili və idarə edilməsi" mövzusunda təlim - treninq təşkil edilib (+FOTO=4)
Bu xəbəri paylaş
Azərbayca İstiqlal Muzeyi tərəfindən Biləsuvar, Xaçmaz, Ağstafa Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl,Quba, Xçmaz, Xudat, Yalama, Şabran, Qazax, Tovuz və Ağstafa şəhər və rayonlarının tarix-diyarşünaslıq, Heydər Əliyev Mərkəzləri, xatirə və ev muzeylərinin əməkdaşları üçün "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda təlim -treninq təşkil edilib. Təlim-treninqin moderatoru İstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova təlim-treninqdə iştirak edən muzey əməkdaşlarının suallarını cavablandırıb.
Treninqə qoşulan Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət sərvətlərinə nəzarət və reyesterlər sektorunun müdiri Yaşar Hüseynli muzey portalın idarə olunması, muzey sahəsində tez-tez rastlaşılan çətinliklərin aradan qaldırılması haqqında danışıb, tövsiyələrini verib.
Daha sonra sual-cavab şəklində davam edən treninq zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Videokonfransda xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr də verilib.
Bu xəbəri paylaş


