Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib - - VİDEO

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi “Respublika günü” ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.

Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını "Respublika günü" münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Diaspor TV-də  Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli  və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri  yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının  varisləri göstərilən diqqətə və yaradılan virtual imkana  görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !