Böyük ürəkli bəstəkarın məzarı baxımsız qalıb -

Böyük ürəkli bəstəkarın məzarı baxımsız qalıb

 Ğördüyünüz bu şəkillər nakam bəstəkarımız Asəf Zeynallının Patamdart dairəsi tərəfdə yerləşən  (rus qəbiristanlığı adlanan) yerdə olan məzarının görüntüləridir.Azərbaycan bəstəkarlıq məktəbində öz yeri olan,həyatda cəmi 23 il ömür sürmüş böyük ürəkli bəstəkarın məzarı beləcə baxımsız qalıb.Qorxuram zaman keçər,bu məzardan gələcək nəsilə heç bir nişanə belə qalmaz.Zənnimcə,bu qəbrin Fəxri xiyabana köçürülməsi daha məqsədəuyğun olar.
Qeyd edim ki,bu məlumatı, oxucumuz Pərviz Zeynalov(gözəl sənətkarımız,klarnet ustası, rəhmətlik Məhərrəm Zeynalovun oğlu) göndərib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !