Aysel Nəsirzadənin Qəfəs darlığı adlı yeni şeirlər kitabı işıq üzü görüb -

Aysel Nəsirzadənin “Qəfəs darlığı” adlı yeni şeirlər kitabı işıq üzü görüb

 Bu günlərdə gənc şairə Aysel Nəsirzadənin “Qəfəs darlığı” adlı yeni şeirlər kitabı işıq üzü görüb.Kitabın redaktoru AYB-nin üzvü Aysel Xanlarqızı Səfərli, ön söz müəllifi Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının əməkdaşı Dos.Dr.Qəmər C.Mürşüdlü, korrektoru şair Günay Ələkbərzadədir.

Qeyd edək ki, A.Nəsirzadə həmçinin “Sükutdan asılmış ruh” adlı şeirlər kitabının da müəllifidir.
“Qəfəs darlığı” müəllifin oxucularla ikinci görüşüdür.

Aysel Nəsirzadə həmçinin ”Zərif kölgələr”antologiyasının və Aprel şəhidlərinə həsr olunmuş “Vətən mücahidləri”kitabının da təsisçisi və rəhbərlərindən biridir.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq!

--
Vüsalə Vətənxan

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !