Qurtuluş günü münasibəti ilə video konfrans keçirilmişdir -

“Qurtuluş günü” münasibəti ilə video konfrans keçirilmişdir

 Videokonfransı giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Şövkət Əskərova Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan, ölkəni davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət olduğunu bildirdi. Sonra muzeyin elmi işçisi Əskərova Gülər vurğuladı ki, ulu öndərin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirib. Onun əsasını qoyduğu davamlı inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra söz İdrak liseyinin şagirdlərinə verildi.

İdrak liseyinin 6a2 sinifinin şagirdi Yusubova Nərgiz, 6a1 sinif şagirdi İsmayılova, 7A2 sinifinin şagirdləri Lalə Mehtiyeva və Axundova Fidan çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqın ağır gününə biganə qalmadan yenidən Bakıya qayıdaraq yorulmadan, bezmədən Azərbaycanı kərpic – kərpic inşa etməsini vurğuladılar. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daxildə və xaricdə bir sıra uğurlar qazanmışdır və qazanmağa davam etməkdədir.

Sonda isə İdrak Liseyinin şagirdləri üçün online ekskursiya təşkil edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !