Beynəlxalq Muğam Mərkəzində Bizi birləşdirən mədəniyyət layihəsinin qonağı Xalq artisti Teyyub Aslanov olub - - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin qonağı Xalq artisti Teyyub Aslanov olub - FOTO

 Canlı efirin 10 iyun tarixindəki buraxılışı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müdiri Teyyub Aslanovun yaradıcılığna həsr olunub. Xanəndə canlı efirdə həmkarları Əməkdar artistlər Əliağa Sədiyev(tar), Toğrul Əsədullayev(kamança) və Kamran Kərimovla(nağara) birgə qonaq olub. Verilişdə xanəndə həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənət səhifələri vərəqlənib. Xanəndə veriliş boyu sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndələr və pedaqoqlarla bağlı xatirələrini bölüşüb. Canlı efirdə Teyyub Aslanovun pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı məlumatlara da geniş yer ayrılıb. Teyyub Aslanov eyni zamnda bu gün muğam sənətimizə dövlətin qayğısını xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın muğama olan diqqət və qayğısının nəticəsində muğam sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır.

Canlı efirdə xanəndə yeni repertuarla çıxış edib. Proqramda “Mahur təsnifləri” silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları da yer alıb.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !