BMM-nin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək -

BMM-nin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək

İyunun 25-də Beynəlxalq Muğam Mərkəzi və​ Avrasiya Xalqları Assambleyası arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində videokonfrans təşkil ediləcək. Videokonfrans AXA-nn təşəbbüsü ilə keçirilir.

Videokonfrans zamanı BMM-nin təqdimatı və Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili müzakirə olunacaq.

Diqqətə çatdıraq ki, sosial izolyasiya dövründə AXA tərəfdaşları ilə bir sıra onlayn görüşlər reallaşdırır. İkitərəfli əməkdaşlıq sazişinin qaydalarına uyğun olaraq növbəti onlayn görüşün BMM ilə keçirilməsi nəzərdə tutumuşdur.

Qeyd edək ki, ötən ilin 30 sentyabr tarixində Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində “Avrasiya Xalqları Assambleyası” ilə BMM arasında​ birgə əməkdaşlıq sazişi imzalanıb. Bu saziş əsasında ilk olaraq BMM-dəBakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib. Müzakirələr “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusuna həsr edilib. Beynəkxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb.​ BMM muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, hazırda beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !