Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırıb - - FOTO

Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırıb - FOTO

 Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir- bərpa işləri həyata keçirib.

Bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salıb. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar. Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !