Azərişıq ASC gücləndirilmiş iş rejiminə keçib -

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumun yaydığı məlumatda istehlakçılardan yaranan hər-hansı qəza halları ilə bağlı çağrı mərkəzinə müraciət etmələri xahiş olunur:

"İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi Facebook və Instagram səhifələrimizə, whatsapp nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !