"Azərişıq" ASC ölkəyə gətirilən "SMART card reader" cihazlarının təqimatını keçirib -

"Azərişıq" ASC ölkəyə gətirilən "SMART card reader" cihazlarının təqimatını keçirib

"Azərişıq" ASC ölkəyə gətirilən "SMART card reader" cihazlarının təqimatını keçirib. "Bu məqsədlə qurumda mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov deyib ki, yeni cihazlar SMART kartların ev şəraitində yüklənməsinə şərait yaradacaq:

"Bilirsiniz ki, son aylarda koronavirus oandemiyası ilə bağlı ölkəmizdə işlər aparılır. "Azərişıq" olaraq biz də bu işlərə öz töhvəmizi verməyə çalışdıq. Belə ki, "Azərişıq" ASC-nin mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yanın günlərdə android platforması üzərindən də bunu etmək mükün olacaq".

"Azərişıq" sözçüsü deyib ki, bu avadanlıqlar 300 mondən çox abunəçinin işini asanlaşdıracaq:

"Hazırda "Azərişığ"ın 550 minə yaxın smart kart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smaet kartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mondən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smart kart sayöaclarında da bunu istifadə etmək mükün olacaq.

Hazırda "SMART card reader"lərdən təxminən 3000 ədəd gətirilib. Qiyməti təxminən 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları ASAN kommunal və ASAN Xidmət mərkəzlərindən əldə edə bilərlər".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !