Təxribatçılarla bağlı araşdırma aparılır -

Təxribatçılarla bağlı araşdırma aparılır

 Milli Məclis ötən gecə Bakıda Ordumuza dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və parlament binasının qarşısına toplaşan yürüş iştirakçılarının bir qrupunun təxribat törətmək cəhdinə münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, yürüşün keçirildiyi ərazidə toplaşan vətəndaşlardan bir qrupu qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olub və bir sıra dağıntılar törədib:

“Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və oradan çıxarılıblar. Həmin qrup binadan çıxarılandam sonra sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib".

Ceyhun Əli qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

"Bu qanunsuz olaraq binaya daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildirik ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !