Xalqla birlikdən güc alan şərəfli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. - - Təranə Paşayeva bildirib

Xalqla birlikdən güc alan şərəfli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. - Təranə Paşayeva bildirib


Xalqla birlikdən güc alan şərəfli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır və Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü tezliklə tam şəkildə bərpa etməyə qadir olduğunu sübut edəcəkdir.
Bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva söyləyib.
Təranə Paşayeva bildirib ki, bu gün Azərbaycan dövləti dünyanın ən güclü ordularından birinə sahibdir. Bu ordu qarşıya qoyulan istənilən vəzifənin, hərbi tapşırığın öhdəsindən gəlmək qüdrətinə malikdir: "Təcavüzkar Ermənistan dövləti ilə bütün təmas xətti boyunca baş verən hər bir növbəti iri və ya xırda toqquşma bunu təkrar-təkrar sübut edir, hər dəfə düşmən daha çox bədbinliyə qapılır, işğal altında olan torpaqlarımızın azad edilməsi və tam qələbənin əldə olunması daha da yaxınlaşır. İyulun 12-də Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti qanlı toqquşmalar baş verib. Ermənistanın məkrli və çirkin təxribatının qarşısı ordumuzun qüdrəti və şücaəti, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bunun ardınca, iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirildi, xalq qətiyyətlə öz dövlətinə, Prezidentinə və ordusuna etimadını, vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğunu bir daha ortaya qoydu. Bu mənzərəni seyr etmək, yürüş zamanı səsləndirilən şüarları dinləmək sevindirici və qürurverici idi. Aksiyanın gedişində, eləcə də sosial şəbəkələrdə xalq kütlələri, yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın əmrini gözlədiklərini və onun ətrafında səfərbər olduqlarını bir daha nümayiş etdirdilər. Qeyd etməyi özümə borc bilirəm ki, xalqımız dövlət başçısının sosial-iqtisadi və hərbi müdafiə siyasətini, dövlətin təhlükəsizliyinə, qüdrətinin artırılmasına, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına, sağlamlığının mühafizəsinə yönəldilmiş islahatlar xəttini ürəkdən bəyənir və ciddi şəkildə dəstəkləyir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü inkişaf edən dövlətinə çevrilib. Əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz şəhidlərimizin qanı, xalqımızın əyilməz iradəsi, cəmiyyətin bütün təbəqələrinin zəhməti bahasına qazandığımız dəyərləri və uğurları əldən verə bilmərik", - deyə psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !