Azərbaycanlı dövlət rəsmiləri KOICA tərəfindən Koreyada Magistr Dərəcəsi üzrə Təqaüdlə Təltif edib - -FOTO=2

Azərbaycanlı dövlət rəsmiləri KOICA tərəfindən Koreyada Magistr Dərəcəsi üzrə Təqaüdlə Təltif edib -FOTO=2

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi 30 iyul 2020-ci il tarixində KOICA-nın Magistr Dərəcəsi üzrə Təqaüd Proqramının qalibləri üçün Təqdimat görüşü keçirib.
KOICA Təqaüd Proqramı Koreya Respublikası Hökuməti tərəfindən KOICA-nın tərəfdaş ölkələrinə təqdim olunan tam maliyyələşdirilən təqaüd proqramlarından biridir.
Tədbir KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok-un təbrik nitqi ilə başladı. O, KOICA Təqaüd iştirakçılarının Koreyanın inkişaf nailiyyətləri və adət-ənənələri ilə yaxından tanış olma imkanı qazandıqlarını qeyd etdi və iştirakçıların Azərbaycanda müvafiq sahələrin inkişaf etdirilməsində və ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaqlarına əmin olduğunu bildirdi.
Bildirildi ki, bu il Azərbaycan Respublikası tərəfindən 3 (üç) dövlət rəsmisi KOICA təqaüdü ilə təltif edilib. Onlar Seul Dövlət Universiteti, Hallym Universiteti və Seul Universiteti kimi Koreyanın nüfuzlu universitetlərində Şəhər və Regional İnkişaf, İqlim Dəyişikliyinə Cavab, Gender & İnkişaf adlı müxtəlif növ Təqaüd Proqramları üzrə təhsil alacaqlar. Təqaüd proqramları olduqca rəqabətlidir, beləki, namizədlər xaricdəki KOICA Nümayəndəliklərinin yerləşdiyi 44 ölkədən olmaqla qlobal əsasda rəqabət aparırlar.
KOICA Azərbaycan Nümayəndəliyi iştirakçılara təqaüd proqramı, gediş və çatma logistikası, KOICA-nın qaydaları, həmçinin Koreya və Azərbaycan arasında olan mədəni fərqliliklər və oxşarlıqlar barədə məlumat verdi.
KOICA Təqaüd Proqramının öncəki illər üzrə məzunları olan Aju Universitetinin Enerji Elmi və Siyasəti üzrə Magistr Proqramının iştirakçıları cənab Vüqar Cabbarov və xanım Pərvanə Abbasova və Kangvon Dövlət Universitetində Kənd Təsərrüfatı İqtisadiyyatı üzrə Magistr Proqramının məzunu xanım Vəfa Camalova COVID-19 Pandemiyası ilə əlaqəli mövcud vəziyyətdən irəli gələn 5 nəfərdən artıq toplaşma qadağasını nəzərə alaraq Təqdimat Görüşünə virtual şəkildə qoşuldurlar. Onlar təqaüd qazanmış qaliblərə Koreya universitetlərində əldə etdikləri təcrübə, ölkənin mədəniyyəti və yaşam tərzi barədə məlumat verdilər.
Təqaüdün qalibləri isə öz nüvbələrində KOICA və Koreya hökumətinə minnətdarlıqlarını bildirib, Koreyada təhsil aldıqdan sonra qazandıqları təcrübə ilə Azərbaycana sosial və siyasi islahatlar gətirəcəklərini vəd etdilər.
Qeyd edək ki, KOICA İnsan Resurslarının İnkişafı (HRD) üçün müxtəlif növ təlim proqramları təşkil edir. Belə ki, Azərbaycana təklif olunan təlim proqramlarının növləri əsasən qlobal təlimlər, ölkə üzrə təlimlər və magistr proqramlarıdır. Bu günə kimi KOICA-nın HRD proqramlarında 763-dən çox dövlət rəsmisi iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !