Qarabağdan danışaq layihəsi başlayır - - VİDEO

“Qarabağdan danışaq” layihəsi başlayır - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi  dünya azərbaycanlılarını Qarabağ müharibəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı daha müfəssəl məlumatlandırmaq üçün "Qarabağdan danışaq" adlı yeni layihəyə start verir. Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq. Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanlar baş verənləri danışacaq, onların çıxışları heç bir montaj prosesindən keçmədən, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək. İngilis dilində qaçan sətirlərlə yayımlanması nəzərdə tutulan videomateriallar gələcəkdə tarixi araşdırmalar üçün mühüm mənbə rolunu oynaya bilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !