Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatını və təcavüzünü pisləyən ilk ölkələr sırasında olan Pakistanın mövqeyi qeyri yüksək qiymətləndirilir - -FOTO=3

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatını və təcavüzünü pisləyən ilk ölkələr sırasında olan Pakistanın mövqeyi qeyri yüksək qiymətləndirilir -FOTO=3

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Rose Tv kanalına müsahibə vermişdir. Azərbaycan-Pakisttan dostluq və qardaşlıq əlaqələrinə dair fikirlərini bölüşən səfir Əli Əlizadə hər iki ölkə rəhbərlərinin apardığı, qarşılıqlı inam və etimada əsaslanansiyasət nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlığadək yüksəldiyini və ilbəil möhkəmləndiyini bildirmişdir. Azərbaycan və Pakistanın hər zaman bir-birinin haqlı mövqeyini dəstəklədiyini, Pakistanın Dağlıq Qarbağ münaqişəsində Azərbaycanın daim yanında olduğunu bildirən Əli Əlizadə, cari ilin 12-16 iyul tarixlərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatını və təcavüzünü pisləyən ilk ölkələr sırasında Pakistanın da olduğunu bildirərək Pakistan Hökümətinə və xalqına təşəkkürlərini ifadə etmişdir. Səfir cəbhədə olan son vəziyyət haqqında məlumat verərək, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın bu təxribatı törətməkdə məqsədinin təkcə diqqəti ölkədəki çətin sosial-iqtisadi, eyni zamanda pandemiya ilə bağlı yaranmış acınacaqlı vəziyyətdən yayındırmaq deyil, həmçinin, Dağlıq Qarabağ regionundan kənar Ermənistanla olan dövlət sərhədində gərginlik yaratmaqla yeni mövqelər ələ keçirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da münaqişəyə cəlb etmək olduğunu qeyd etmişdir. Əli Əlizadə Ermənistanın digər hədəflərindən birinində eyni zamanda həmin ərazidən keçən Azərbaycanın önəmli enerji və nəqliyyat infrastrukturunu məhv etmək və Azərbaycanın enerji resurslarının ixracına ziyan yetirmək olduğunu bildirmişdir.Səfir düşmənin cəhdlərinin Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındığını və təcavüzkar Ermənistan ordusunun yerinə otuzdurulduğunuqeyd edərək regiondakı gərginliyin kəskinləşməsinə xidmət edən Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistanın tam məsuliyyət daşıdığını vurğulamışdır.
Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir, siyasi müstəvidə olduğu kimi Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeydetmiş, bu sahədə görülən işlər və potensial imkanlar haqqında məlumat vermiş, qarşılıqlı investisiya üçün şəraitin olduğunu bildirmişdir. İki ölkə arasında təşəkkül tapmış xalqlararası isti münasibətlərdən söz açan səfir, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci ildən Pakistan vətəndaşları üçün də sadəşədirilmiş viza sisteminin tətbiqi nəticəsində Azərbaycana səfər edənlərin sayında sürətlə artımın müşahidə olunduğunu və iki ölkə arasında birbaşa hava reyslərinin açılması yönündə işlərin getdiyini diqqətə çatdırmışdır. Səfir Əli Əlizadə həmçinin, Kəşmir məsələsində Azərbaycanın mövqeyindən, iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə Heydər Əliyev Fondunun verdiyi tövhələrdən, həyata keçirilən layihələrdən, pandemiya dövründəPakistanla həmrəyliyin daha da möhkəmlənməsindən, Pakistana göstərilən yardımlardan,mədəniyyət, turizm sahəsində aparılan işlərdən, Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizdə həyata keçirilən islahatlardan, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şəraitdən, iqtisadi zonalar, sənaye, kənd təsərrüfatı, texnoloji parklar və digər məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.Sonda səfir Pakistandakı fəaliyyəti dövründə xatirələrini də bölüşərək Pakistan Höküməti və xalqını Müstəqillik Günü münasibətilə təbrik etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !