Gülağa Tənha - "Qızıl yarpaq, Tənha səs" final müsiqisi...

Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" final müsiqisi...

Gülağa Tənha "VƏTƏN"

 

Vətən, sənə qurban olum,
Havam, suyum, çörəyimsən.
Yenə sənə düşdü yolum,
Sən həmişə gərəyimsən.
Sənə bağlıdı hər sözüm,
Ölüncə kül olmaz közüm.
Duyan qəlbim, görən gözüm,
Vuran qolum, biləyimsən.
Sən mənim dövlətim, varım,
Gül-çiçəkli bir baharım.
Sevgin axan şah damarım,
Sən döyünən ürəyimsən.
Dekabr, 2000

 

 

           Bunu ancaq və ancaq... ədəbiyyatçılar, söz xiridarları məni qınamasaydılar “ancaq” sözünü bir neçə dəfə də təkrar edərdim, yəni dediyimi bir müddətdə olsa qürbətdə yaşayan insanlar daha yaxşı duyar, anlayar, hiss edəbilər. Sən xəritədə, şəkildə, televiziyada doğma yurdunun görüntüsünü görəndə, adını eşidəndə, sanki müsəlman olsan belə içində kilsə zənginin səsini eşidirsən. Bir də eşidirsən içindəki o səs-zəng, nəbzinlə birgə vurur ... Bunun adı qürbət, həsrətdir. Adama elə gəlir qürbətdə yaşayan insanlar Vətənini, Qarabağı bəzi sakinlərdən daha çox sevir... Səbəbini bilmirəm... Bəlkə də uzaqlıq... Xeyriyyəçi – şair Gülağa Tənhanın “Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin sonun da final mahnısının sözlərə fikiri verib, bir vaxt yurddan – obadan qürbət ölkədə yaşayan qohum əqrabaların telefon danışıqları, Vətən həsrətilə el-obanın hər qarışı üçün burunlarının ucu göynəyə-göynəyə yazdıqları məktub düşdü. O səbəbdən haşiyə çıxıb Vətəni Vətən kimi sevən əsillərə, var olun deyirəm !...

 

 

hazırladı: Ağa Məhəmməd Aman
 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !