Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib -

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) ilk toplantısı keçirilib. Onlayın keçirilən toplantıda İH üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
 

Tədbirdə Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Amerika–Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova, Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Kaliforniyada professor köməkçisi və müəllim vəzifəsində çalışan Arzu Məmmədova, Şimali Amerika Gənclər Assosiasiyasının rəhbəri Aytac Qasımova çıxış ediblər. Natiqlər birlikdə fəaliyyət göstərilməsi, gələcəkdə İH və şura üzvlərinin sayının artırılması, gənclərin təmsilçiliyinə xüsusi diqqət ayrılması, Azərbaycana dost münasibət bəsləyən digər icmalarla əlaqələrin qurulması və s. məsələlərdən danışıblar.
 

Müzakirələr zamanı AAKŞ-nin strategiyası, loqosu, fəaliyyətinin media və sosial şəbəkələrdə işıqlandırılması və digər mühüm təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Dövlət Komitəsinin həyata keçirdiyi işlərə, ABŞ-da reallaşdırılması nəzərdə tutulan layihələrə diqqət cəlb olunub.
 

AAKŞ-nin strategiyasının İH üzvlərinin təklifləri əsasında hazırlanacağı, fəaliyyət planının da, məhz bu strategiyanın nəzərə alınması çərçivəsində gerçəkləşdiriləcəyi bildirilib. Ölkəmizə qarşı erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin apardığı informasiya müharibəsində birgə fəaliyyətin göstərilməsinin, ABŞ konqresmenləri ilə güclü əlaqələrin qurulmasının və dövlət strukturlarına müraciət edilməsi qaydalarının öyrədilməsi məqsədilə seminarların təşkil olunmasının vacibliyi vurğulanıb.
 

Tədbirdə müxtəlif təkliflər və rəylər səsləndirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !