Masallıda gənclər arasında Atletika idman növü üzrə Könüllülər Kuboku yarışı keçirilmişdir - -FOTO=3 (AZpressAZ) Ə. ŞÜKÜROV.

Masallıda gənclər arasında “Atletika” idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilmişdir -FOTO=3 (AZpressAZ) Ə. ŞÜKÜROV.

25-26 avqust 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfində imzalanmış “Könüllülər Kuboku”nun əsasnaməsinə müvafiq olaraq, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər Mərkəzi stadionunda “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə Masallı rayonu üzrə gənclər arasında “Atletika” idman növü üzrə yarış keçirilmişdir.
Yarışın mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması haqqında yarış iştrakçılarına geniş məlumat verərək bildirdi ki, dövlətin könüllülər hərəkatına böyük əhəmiyyət verməsi könüllüləri daha fəal olmağa həvəsləndirir. C.Manafov sonda yarışda nailiyyət qazanmış idmançılara gələcək işlərində uğurlar arzulamışdır.
Yarışın yekun nəticəsinə əsasən Abuşov Əmrah Mübariz oğlu I yerə, Quliyev Heydərəli Xanağa oğlu II yerə, Əliyev Samir Seyran oğlu III yerə layiq görülmüşlər.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən "Könüllülər Kuboku"nun diplomları ilə təltif olunublar.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !