Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti mövzusunda ictimai müzakirə -

“Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti” mövzusunda ictimai müzakirə

 26 avqust 2020-ci il tarixində “Gender Hub Azerbaijan”nın və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Qız Uşaqlarına Qarşı Zorakılığın Qarşısının Alınması Tədbirlərinin Əhəmiyyəti” mövzusunda ictimai müzakirələr keçirildi.

Tədbirin keçirilməsinin əsas səbəbləri bir müddət öncə Lerikdə azyaşlı qızın məktəb müəlliminin təcavüzünəticəsində hamilə qalması, məhkəmə qərarı ilə cinayətkara az hökmün oxunması və mediada bu xəbərlə bağlı yayılan çaşdırıcı başlıqlara “Gender Hub Azerbaijan” olaraq laqeyd qalmamaq niyyəti olmuşdur.

Bu ədalətsizliyə səssiz qalmayaraq, ilk addım kimi zorakılıq cinayəti ilə bağlı "Gender Hub Azerbaijan" platforması adından Azərbaycan Respublikasınındaxili işlər naziri,general-polkovnik cənab Vilayət Eyvazova, daha sonra isə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə açıq məktub ünvanladıq, ayrı-ayrı fərdlərin də bu prosesə cəlb olunması üçün çağırışlar etdik.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadinin və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın iştirakı, “Gender Hub Azerbaijan”ın həmtəsisçisi Məryəm Məcidovanın moderatorluğu ilə keçən ictimai müzakirələrdəisə 100-dən çox gender aktivistləri, feministlər və ictimai fəallar mövzu ilə bağlı təkliflərini irəli sürdü, qız uşaqları və yeniyetmələrə qarşı zorakılıq halları ilə bağlı öz qəti mövqelərini sərgilədilər.

Biz cəmiyyətimizdə uşaq və yeniyetmələrə qarşı törədilən zorakılıq hallarının aradan qaldırılması, onların heç bir məhdudiyyət və şiddətə məruz qalmadan öz potensiallarını nümayiş etdirə biləcəkləri azad bir cəmiyyət yaratmaq üçün vargücümüzlə mümkün bütün tədbirləri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Əgər siz də gələcək tədbirlərimizdə ekspert və ya təşkilatçı qismində çıxış etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın və daha yaxşı bir cəmiyyət üçün bizə dəstək olun.

Zorakılıq hallarının vaxtında aşkar olunması və dəstək üçün əgər özünüz və yaxud ətrafınızda olan kimsə şiddət görürsə bizə whatsapp vasitəsi ilə bildirməkdən çəkinməyin.

 

Facebook: https://www.facebook.com/genderhubazerbaijan
Instagram: https://www.instagram.com/genderhubazerbaijan/
Elektron poçt ünvanı: [email protected]
Əlaqə nömrəsi (whatsapp): +99477 3067550

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !