Gülağa Tənha - "Mən Allah adamıya" ifa: Xalq artisti İlham Əsgərov

Gülağa Tənha "Mən Allah adamıya" ifa: Xalq artisti İlham Əsgərov

 Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimin növbəti çıxışçısı, qiraət ustası, xalq artisti İlham Əsgərovdur. O, əməkdar artist İlkin Əsgərovun ifasında bəyənilərək sevilən nəğmələrdən biri, Gülağa Tənha yaradıcılığında xüsusi yeri olan “Dəli eşqim” şeirini səsləndirir. Video link bölməsində hər iki çıxışı izləyə bilərsiniz...

 

 

DƏLİ EŞQİM

 


Dillərə söz oldun günün birində,
Nə günlərə qaldın, ay dəli eşqim.
Eynin açılmadı, üzün gülmədi,
Əzəldən qəhərli, qüssəli eşqim.
Sevgidən təmənna ummaq olarmı?–
Belə ömr eləyir ruhsuz bədənlər.
Əhdinə vəfalı olanlar azdı,
Çoxdu məhəbbətlə alver edənlər.
Hərənin öz bəxti, öz qisməti var,
Hər sevgi xoşbəxtlik açarı olmur.
Sevgi var bir ömrə qənim kəsilir,
Hər eşqin gül açan baharı olmur.
Gülağa, bu dünya düzələn deyil,
Gərək bu sevdanın daşını atam.
Sevgidən təmənna uman adama
əzəldən düşmənəm, əzəldən yadam.



GÜLAĞA TƏNHA, Oktyabr, 1999

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !