Müzəffəri-H.Ç.: - HAY - HUY EYFORİYASI...

Müzəffəri-H.Ç.: HAY - HUY EYFORİYASI...

KİV-də yayılan məlumatlara görə Fransa Senatı uydurma erməni soyqırımının tanınmamasına görə cəza haqqında bədnam qanunu qəbul edəndən sonra haylar yeni doğulan dığalara Sarkozi adı verməyə başlayıblar. El arasında çobanlarımız dedikləri kimi: dırnaqları bərk olsun. Məşhur rus satira və yumor aktyoru M.Zadornıy nədənsə bu adı Srakozi kimi tələffüz edir... Yeni doğulmuş axçiklərə gəldikdə isə, hay-huylar Nikolasın açıq – saçıqlığı ilə tanınmış modelyer xanımı Karla Bruninin adını verməyə tələsməsələr yaxşıdır. KİV-də onların ayrılacaqları haqqında məlumatlar yayılır. Sonra Sarkozi dəfələrlə olduğu kimi, başqasıyla evlənər, axçiklərinə Karla adı qoyanlar bir balaca pərişan olarlar, nə qədər yuyucu vasitə zay olar. Bu hay-huy eyforiyasının nəticəsində “franserm” adlı yeni mutantların-bioloji fenomenlərin törəyəcəyini düşünmmək olar...
Haylar bütün Qərb ölkələrində bu uydurmanı tanıtdırandan sonra Türkiyədən həm ərazi, həm də maddi təzminat alacaqlarını düşünürlər. Xolokosta məruz qalmış yəhudilər almanlardan təzminat aldıqları kimi. Türk dünyasının ərazisinə pərçimlənmiş, dörd bir tərəfdən müsəlman-türklərin əhatəsində mövcudluqlarını sürdürən hay-huylar siyasət aləmində istifadə olunduqdan sonra bir util ucluq taleyi yaşayacaqlarını düşünmürlər. Bəşər övladı tarix boyu ağac, daş, mis, dəmir, rezin ucluqlardan istifadə edir. İndi bu hay-huylar hansı ucluq kimi istifadə olunduqlarını yəqin ki, özləri yaxşı bilirlər.
Bu qanunun qəbulu ilə Qərb Türkiyəyə real simasını göstəmiş oldu. Rusiyanı və İranı çökdürməyə nail ola bilsə, irqçi Qərbin ümumiyyətlə Türkiyəyə heç bir ehtiyac duymayacağı qənaətindəyik.Yüz il bundan əvvələ aid uydurmaya qanuni-siyasi don geydirməyə çalışan qərblilər 20 il əvvəl baş vermiş erməni vəhşiliyini-Xocalı faciəsini görmək istəmirlər. Arpa çörəyi köpmüş mədəyə bəhanə olduğu kimi, uydurma erməni müşkülləri də, demokratiya maskalı tüfeyli Qərbin əlində bir bəhanədir. Belə olmasaydı, bir ovuc hay-huy Turana meydan oxuya bilməzdi. Qardaşımız Türkiyənin Qərbin bu siyasi avantyurasına çox boyük diqqət verməsi digər ermənifil dövlətləri də, şürnikləndirə bilər. Qəbin atdığı hər bir daşın arxasınca özümüzü quyuya atmalı deyilik ki. Bizlər də, alternativ qanun qəbul edərək, erməni soyqırımından bəhs edənləri cəzalandıra bilərdik.
ATƏT-in Minsk Qrupunun 20 ildir ki, davam edən, bizim üçün səmərəsiz olan fəaliyyəti isə, Molla Nəsirəddinin lətifəsini xatırladır. Mollanın uçurtduğu qarğa qonşunun camışının belinə qonur. Molla camışı həyətinə salır. Mal sahibi malını istədikdə Molla deyir ki, tərlan uçurtmuşam, ov eləmişəm. İş məhkəməyə düşür. Rüşvət almış hakim kitabdan-kitaba salaraq, sübut edir ki, bəs Molla ovçuymuş, qarğa tərlanmış, camış da şikar imiş...
Minsk Qrupunun həmsədri kimi Fransa bitərəfliyini itirdiyindən, həmsədrlikdən uzaqlaşdırılmağı lap yerinə düşərdi.
“Le Meilleur des Mondes” adlı jurnala müsahibə verən Sarkozi, Türkiyənin Avropa İttifaqına üzvlüyünün Avropada yaşayan müsəlmanların inteqrasiyası problemini də dərinləşdirəcəyini bildirdi.Nikolas Sarkozi, Türkiyənin Avropa Birliyinə qəbul olunmasına etirazını iki təməl səbəbə bağlayır: Birincisi, Türkiyənin üzvlüyünün reallaşacağı təqdirdə Avropa qitəsindəki müsəlmanların yaşadıqları toplumla bütünləşdirilməsinin çətinləşəcəyi narahatçılığı; İkinci məsələni isə Sarkozi belə açıqlayır: “Hazırda bu məsələdə problem yaşayırıq. Bu da Avropada İslam məsələsini ortaya çıxarır. Bunun bir problem olmadığını söyləmək həqiqətlərdən qaçmaqdır. Əgər 100 milyon müsəlman türkə qapıları açsanız, bunun nəticələri nə olacaq?” deyə soruşur. Nikolas Sarkozi, güclü etirazlara səbəb olan Həzrəti Muhammədə qarşı iyrənc karikaturaları yenidən nəşr etdiyi üçün məhkəməyə verilən satirik jurnalı dəstəklədi. Məhkəməyə məktub göndərən Sarkozi, özünün də bu jurnal tərəfindən satira atəşinə tutulduğunu və bu karikaturaların söz azadlığı adına nəşr edildiyini açıqladı.
1930-cu illərin böharınından necə çıxdıqlarını Qərb yəqin ki, unutmur. O zamanlar “böyük depressiyadan” çıxmağın yolunu ll dünya müharibəsini başlamaqda gördülər. İndi dəbdə olmayan bir alim deyirdi ki, müharibələr imperializmin mahiyyətindən doğur. ABŞ öz sənayesinin neftə olan bir milyard tonluq illik tələbatını nə yolla olursa, olsun ödəməlidir axı. Can üstündə olan Qərb iqtisadiyyatının öz problemlərini müsəlmanların bədbəxtliyi və talan olunması hesabına ödəməyə can atmasını onların tarixi təcrübələri diktə edir. Qədim yunan əfsanəsinə görə əjdahanı öldürəndən sonra yer şumlayan Yason əjdaha dişlərini torpağa səpir. Torpaqdan mis döyüşçülər çıxaraq, Yasona hücum edirlər. Yason onlardan xilas olmaqçın yerdən götürdüyü daşı onların arasına atır. Mis döyüşçülər bir-biriylə döyüşərək özlərini məhv edirlər. Yason da, canını qurtarmış olur. Çağdaş dünyamızda türk-müsəlman dünyasının öz qanında boğulması bu yunan əfsanəsini xatırlatmırmı? Yeri gəlmişkən, 2012-ci il də, əjdahanın belində gəlir...
Hələ 18-19-cu əsrlərdə Hindistanda müharıbələr aparan Qərb dövlətlərinin generalları avropalı, əsgərləri hindli olmurdumu? Bu gün Əfqanıstanda, İraqda, Liviyada, Suriyada Qərb planları və silahlarıyla tökülən qardaş qanlarını durduracaq qüvvə varmı? Dağıdıcı viruslar kimi cəmiyyətimizə yerdidilmiş radikal təriqətlərin arxasında kimlər dururlar? Tarixən Şərqin qanını içmək üzrə ixtisaslaşmış Qərb daim ilanı Seyid Əhmədin əliylə tutmağa adət etmişdir. “Kitabi Dədə Qorqud” dastanında qara donlu kafirlər doğma qardaşları üz-üzə qoymağa çalışmırdılarmı?
O ki, qaldı İrana görə başlaya biləcək lll dünya müharibəsinə, bu barədə hələ Albert Eynşteyn demişdi ki, 3-cü dünya müharibəsinin nəticəsinin necə olacağını bilmirəm, lV dünya müharibəsi ox-yayla başlayacaq.
Elə bu sətirləri yazdığım vaxt qonşuluqda yaşayan tibb bacısı qapını döydü. Naxoş uşaqlara yan iynəsi vurmağa gəlmişdi. Düşündüm ki, hay-huy yanları sağaltmaqçın, bu zavallı xəstələrə “Qafqaz əsiri” filmində olduğu kimi Şurikin böyük ölçülü yan iynəsi vurmağın vaxtı çatmışdır.
Müzəffəri-H.Ç. Sumqayıt ş. 26.01.2012-ci il.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !