Gülağa Tənha - "Mən Allah adamıyam" ifa: Xalq artisti İlham Əsgərov

Gülağa Tənha "Mən Allah adamıyam" ifa: Xalq artisti İlham Əsgərov

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində qiraət ustası, xalq artisti İlham Əsgərov müəllifin növbəti şeirinə müraciət edərək səsləndirir. Şeirin adı “Bilər” adlanır. Xüsusi qeyd edirik ki, bu şeir Gülağa Tənhanın yaradıcılığında xüsusi yer tutan növbəti şeirlərindən biridir.

 

 

 

BİLƏR

Qardaş, gen dünyada işıq qədrini,
Gözünə qaranlıq çökənlər bilər.
Ömür nemətinin şirinliyini
Qəhərin qolunu bükənlər bilər.
Bir şirin, bir dadlı yuxu əvəzi,
Gözəllik qoxuyan duyğu əvəzi,
Burda yaxşılığı toxum əvəzi
Ürəyə, könülə əkənlər bilər.
Hər oğul biləmməz mətanət nədi,
Çətinə düşəndə dəyanət nədi,
Ömrə ömür verən səadət nədi,
Həsrətin nazını çəkənlər bilər.

Gülağa Tənha (Qənbərov) May, 1985

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #el #Vətən
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !