Gülağa Tənha - " Mən Allah adamıyam " ifa: Elşən Cabrayılov (II şeir)

Gülağa Tənha " Mən Allah adamıyam " ifa: Elşən Cabrayılov (II şeir)

Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində çıxış edən müxtəlif illərdə Prezident Mükafatına layiq görülmüş, aktyor Elşən Cabrayılova növbəti şeiri səsləndirir, O, bu dəfə Gülağa Tənhanın “Ana” şeirini səsləndirir. Yeri gəlmişkən şairin on cildlik şeirlər kitabının II – cildində yer alan ”Ana” haqqında yazılmış digər şeirləri də təqdim edirik. Ətraflı videoçarxı link bölməsində izləyə bilərsiniz.

 



ANA, YADINDAMI?

Ana həsrətilə döyünən qəlbim,
Anasız qocalır – anasız olur.
Anama yetməyir kədərim, qəmim,
Balası qürbətdə gül kimi solur.
Anacan, bu axır, son nəfəsdə mən,
Olub keçənləri salıram yada.
Bülbül tək ötürəm qəfəs içində,
Mənə dar görsənir geniş dünya da.
Gəlir göz önünə uşaqlıq çağı,
Döyüldüyüm günlər yadıma düşür.
Qoyun otardığım «Hənfə bulağı»,
Qarğışlar, söyüşlər yadıma düşür.
Ana, yadındamı, deyirdin mənə:
«Bala, görüm səni yarımayasan!»…
Sənin qarğışların çatıb yerinə,
Çatıb ki, anamsan, darılmayasan.
Ana, yadındamı, söyləyirdin sən,
«Bala, səni görüm cavan öləsən!»…
Ana, o balandır can verən həmən,
Sənin həsrətinlə ölürəm bil mən.
Olub-keçənləri qələmə alsam,
Bir insan ömrünü gərək mən yazam.
Əgər ki, ölməsəm, salamat qalsam,
Gərək həsrət ilə anamdan yazam.
Ay ana, südünü halal et mənə,
Atamdan halallıq almadım, nəsə.
Mən ondan xəlvəti hardasa yenə,
Səninçün almışam geyim, əlbəsə.
Əziyyət içində yaşayan anam,
Ağ gün görməmisən, üzün gülməyib.
Anacan, adına özüm qurbanam,
Darıxma, Gülağan hələ ölməyib.
Rostov – Don, hospital,
aprel, 1981


***



ANA DEYİMMİ?

Bir ana övlada layla çalmaya,
Mən belə anaya ana deyimmi?
Ana ki, körpəsin quca almaya,
De, belə anaya ana deyimmi?
Anacan, sorğuma cavab ver bir an,
Bəlkə mən övladın deyiləm sənin?
Bəs nədir günahım, qəlbi daş insan,
Yoxsa daşürəklik olub qismətin?
Yetimtək əllərdə böyümüşəm mən,
Ana təbəssümü mənə yad olmuş.
Özgələr döyəndə göynəmişəm mən,
Həmişə qismətim dad, fəryad olmuş.
Ağlama, anacan, sakit ol bir an,
Ürəyin dəniztək ləpə vurmasın.
Gülağa söyləyir bunu hər zaman,
Ana övladına tələ qurmasın.
Avqust, 1974


***

MEHRİBAN ANA
Anama

Bu axşam anamın ipək əlləri,
Dağınıq saçımın darağı oldu.
Ayların əlindən aldığım anlar,
Həsrətin gözünə göz dağı oldu.
Ana sevgisinin qüdrətinə bax!
Göylər də torpağa baş endirirdi.
Oğul gözlərinin sevgi qatından,
Bir ömrə yetəsi qürur dərirdi!
«Ay bala!» – kəlməsi axşamdan bəri,
Qəlbimin telini telləndirirdi.
Gecə köynəyindən çıxan səhəri,
Uçunan laylalar dilləndirirdi…
Özü ömrümüzün nurudur deyə,
Dünyaya baxırıq ana gözüylə!
Dağları vüqarı tanıdır,
ancaq
Vətənsə tanınır ana sözüylə!
Nə qədər ucaldır, əgər ki, bilsən,
«Mehriban» kəlməsi ana adını.
Tənha bir oğultək bu ada hər an
Qurban verə bilər öz həyatını.
Bakı, 5 sentyabr, 2005

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub #Elşən #Cabrayılov #2004

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !