Deputat Elnur Allahverdiyev Azərişığ a təşəkkür edib - - FOTO

Deputat Elnur Allahverdiyev “Azərişığ”a təşəkkür edib - FOTO

“Dünən Zərgərpalan və Çingiz Mustafayev küçələrində yaşayan seçicilərimiz bizə bu iki küçənin kəsişdiyi hissədə bir müddətir işıqlandırmanın olmaması barədə xəbər verdilər. Həmin küçələrdə hazırda binaların fasadlarında təmir, abadlıq işləri həyata keçirilir. Güman ki, bu işlər əsnasında xəttin hansısa hissəsində zədələnmə baş verib və sakinlərin haqlı narazılığına səbəb olub”. Bu barədə deputat Elnur Allahverdiyev facebook hesabında paylaşım edib.


E.Allahverdiyevin sözlərinə görə, “Azərişıq” ASC əməkdaşları müraciətə dərhal reaksiya verib:


“Məlumatı alan kimi "Azərişıq" ilə əlaqə saxladıq, əməkdaşlarını nasazlıq olan hissəyə ezam etdilər və problem öz həllini tapdı. Problemə operativ reaksiya verib nasazlığı tez bir zamanda aradan qaldırdığına və hər zaman səsimizə səs verdiyinə görə "Azərişıq" rəhbərliyinə təşəkkürümüzü bildiririk.


Sosial məsuliyyət göstərdiklərinə görə seçicilərimizə minnətdarıq. Necə deyirik? Biz birlikdə güclüyük - Siz, biz və dövlətimiz”-deyə millət vəkili əlavə edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !