Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradıldı? - - VİDEO

Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradıldı? - VİDEO

19-cu əsr boyunca  Qarabağın Dağlıq hissəsinə köçürülən ermənilərə 1923-cu ildə Muxtar Vilayət statusu verildi. Bu vilayət statusu necə və hansı şəraitdə verildi? Onun azərbaycan üçün gələcək nəticələri nə olacaqdı?


124 min erməninin İran və Türkiyədən bura köçürülməsi faktı Şavrov, Qribayedov və Veliçkovun əsərlərində də   öz təsdiqini tapır.


Bundan sonra “Boyük Ermənistan” ideyası üçün Azərbaycan və Türkiyə ərazisində etnik təmizləmələr və soyqırımlar həyata keçirməyə başladılar.


AXC süqut etdikdən sonra Sovet Rusiyasının dəstəyi  bura köçürülən ermənilərə Qarabağın Dağlıq hissəsində muxtariyyət statusu verildi.


Azərbaycanın Qarabağ bölgəsinin Dağlıq hissəsi ermənilər nə vaxt köçürülüb və onlara MV statusu nə vaxt verilib?


1805-ci il Kürəkçay muqaviləsi Qarabağ xanı ibrahimxəlil xanla Sisiyanov arasında imzalanmışdı. Əgər ermənilər tarixən bu torpaqlarda yaşamış olsaydılar bu müqaviləni Sisiyanov Qarabağ xanı İbrahimxəlilxanla yox, hansısa Erməni ilə imzalayardı. Bu, Ermənilərin DQ ərazi iddialarının əsassız olduğunu göstərir.  1813 və 1828-ci illər Gülüstan və Türkmənçay müqavilələrinin nəticələrinə görə Azərbaycanın Elizavetpol və İrəvan quberniyalarının ərazilərinə xeyli sayda ermənilər köçürüldü. 1921ci ildə az-nın inzibati ərazi bölgüsü kobud şəkildə pozularaq Dağlıq Qarabağa muxtariyyət statusu verildi.


Qarabağ nəyə görə Aran və Dağlıq hissələrə bölünüb?Bu məqsədli şəkildə olunub?
SSRİ qurulanda Qarabağ məqsədyönlü şəkildə Dağlıq və Aran hissələrə bölündü. Və  DQMV yaradıldı. Qərarda Azərbaycan hüdudları daxilində Mərkəzi Şuşa şəhəri olan Dağlıq Qarabağ MV yaradılması vurğulanır.


Fransadan Adilə soruşur:  DQMV yaradılarkən tarixən Azərbaycanda yaşayan Azərbaycanlıların hüquqları necə pozulub?


Tarixən orda yaşayan Azərbaycanlıların fikri soruşulmadı.  1921-ci ildə verilən qərarda mərkəz Şuşa göstərilirdi, 1923-cü iledə verilən qərarda mərkəz kimi Xankəndi göstərildi. Stepan Şaumiyanın şərəfinə Xankəndinin adını Stepanakert qoydular. Bununla da, Dağlıq Qarabağda  toponimlərinin dəyişdirilməsinə başlanıldı.


1980-ci illərin sonlarında oz ərazi iddialarını təmin etmək üçün hərbi vasitələrə əl atmağa başladılar və Azərbaycan torpaqlarını işğal etdilər.


Dağlıq Qarabağ və ətraf 7 rayon Erməni Silahlı Qüvvələri, Erməni terror təşkilatları və keçmiş  SSR-nin 366cı motoatıcı alay köməyi ilə işğal olundu.  
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !