Qarabağ saatı verilişi yayıma başladı - - VİDEO

“Qarabağ saatı” verilişi yayıma başladı - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir.  Bu qəbildən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr olunub. Verilişdə  xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavabıandırılıb.  Diaspor TV-də, Komitənin sosial media resurslarında və “Qarabağ Azərbaycandır” milli platformasının youtube kanalında yayaımlanan proqram  AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan “Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !